8 Dekabr 2014 23:07
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Merilend ştatında yüngül təyyarənin yaşayış evinin üstünə düşməsi nəticəsində ən azı 3 nəfər həlak olub.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, həlak olanlar təyyarənin pilotu və sərnişinlərdir.

Təyyarənin düşdüyü yerdə heç kim olmasa da, bina tamamilə dağılıb. Üstəlik, hadisə yerində başlayan yanğın iki qonşu yaşayış binasına zərər vurub. Şahidlərin dediklərinə görə, təyyarə yaxınlıqdakı aeroporta çatmamış qəflətən yerə düşüb. Polis və ABŞ-ın nəqliyyatda təhlükəsizlik üzrə milli bürosu faktla bağlı araşdırmalara başlayıb.


Müəllif:

Oxşar xəbərlər