2 Oktyabr 2022 18:38
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Liman şəhərinin şimal-şərqində yerləşən Torskoye kəndini azad edib.

Teleqraf.com xəbər verir ki, bu barədə keçmiş QRU polkovniki və Donbass separatçı ordusunun keçmiş komandanı İqor Strelkov (Qirkin) teleqram kanalında yazıb.

“Alınan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Limanın şimal-şərqindəki Torskoye kəndini tam nəzarətə götürüb. İndi Lisicanskın şimal cinahının müdafiəsini təmin edən Kremennayanın saxlanması qorxusu yaranır. Kremennaya heç bir halda təhvil verilməməlidir”, - o yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından hələ ki, rəsmi təsdiq yoxdur.


Müəllif: Teleqraf.com