Suriyanın şimalında Əl-Bab və Cerablus bölgələrində İŞİD və PKK/YPG-yə qarşı keçirilən antiterror əməliyyatları zamanı 6-sı başçıları olmaqla 15 terrorçu saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, terrorçular terror aktları törətmək üçün yaxın günlərdə Türkiyəyə keçməyi planlaşdırıblar.
Sentyabrın 29-da Əl-Bab və Cerablusda keçirilən əməliyyat zamanı 11 İŞİD və 4 PKK/YPG terrorçusu saxlanılıb.
Terrorçular yerli məhkəmənin qərarı ilə həbs edilib.
Terrorçuların evlərində aparılan axtarışlar zamanı silah və sursat götürülüb.