2 Oktyabr 2022 21:55
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Ukrayna prezidenti Volodimir Zelenskinin arvadı Olena Zelenskaya ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Əminə Ərdoğan Tvitter hesabında məlumat verib.

“Müharibədən əziyyət çəkən qadın və uşaqlar başda olmaqla Ukrayna xalqının yaralarını birlikdə saracağımıza inanıram” – deyə Ərdoğan qeyd edib.


Müəllif: Teleqraf.com