3 Oktyabr 2022 10:25
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər Rusiya nüvə silahından istifadə edərsə, Kiyevin müttəfiqləri Ukraynadakı rus qoşunlarına hücum edəcək. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin yaxın günlərdə Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyinə dair şübhələr var”.

Teleqraf.com xəbər verir ki, bunu hərbi analitik Yuri Federov rusiyalı jurnalist Yuliya Latınina ilə müsahibəsində deyib.

Onun fikrincə, Kreml yaxın gələcəkdə nüvə silahından istifadə etməyə hazırlaşsaydı, bu niyyətləri barədə danışmazdı.

“Təsəvvür edin ki, bankı soymağa hazırlaşan biri küçədə gedərək ucadan deyir ki, sabah bankı soyacağam. Bu halda polis yəqin ki, müəyyən tədbirlər görəcək. Bu mülahizələr məndə Putinin yaxın günlərdə həqiqətən nüvə silahından istifadə edəcəyinə şübhə yaradır”, - mütəxəssis qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər