3 Oktyabr 2022 12:27
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Qara dənizə daha iki gəmi göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəsmisi Sergey Bratçuk məlumat verib.

“Rus ordusu donanmasının gəmi qruplaşması manevr edən, Krım yarımadasının arxasında gizlənən 8 döyüş gəmisindən ibarətdir. Ruslar 32 ədəd “Kalibr” qanadlı raketi daşıyan 3 suüstü gəmi və 2 sualtı qayığı hazır vəziyyətdə saxlayır”, - Bratçuk bildirib.

O əlavə edib ki, Qara dənizdə fırtınanın güclənməsi səbəbindən mina təhlükəsi artır. Onun sözlərinə görə, lövbərdən qoparılan mərmilər birbaşa suda partlaya və ya sahilə çırpıla bilər.

Bratçuk həmçinin informasiya susqunluğu rejiminə riayət etməyə çağırıb:

"Cənubda Ukrayna Silahlı Qüvvələri gərgin işi davam etdirir və çoxlu məlumatlar açıqlanmır".


Müəllif: Nemət