9 Dekabr 2014 03:38
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrikanın üç ölkəsində - Qvineya, Liberiya və Syerra Leonedə üç gün ərzində Ebola virusundan ölənlərin sayı 144 nəfərə qədər artaraq, 6331-ə çatıb. Ebola virusuna yoluxanların sayı üç gün ərzində 283 nəfərə qədər artaraq, 17 min 800 nəfər olub.

Teleqraf.com-un TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın 8-də açıqlama yayıb.

Ən ağır vəziyyət Liberiyada yaranıb - 7 min 719 nəfər xəstələnib və 3 min 177 ölüb. Sonra gəlir Syerra Leone (7 min 798 və 1 min 742) və Qvineya (2 min 283 və 1 min 412).

Mütəxəssisləri xüsusilə Syerra-Leonedə xəstəliyin yayılma sürəti narahat edir. Yoluxanların sayına görə bu ölkə ilk dəfə Liberiyanı ötüb.

ÜST-ün məlumatları Ebola virusunun bu kimi təsdiqlənmiş hallarını, həm də "mümkün", eləcə də " xəstəliyə şübhələri" nəzərə alırlar.


Müəllif:

Oxşar xəbərlər