3 Oktyabr 2022 14:44
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Putinin nüvə müharibəsi ehtimalını gündəmə gətirməsindən sonra Rusiya Donanmasının "Belqorod" adlı nüvə sualtı gəmisi Ağ dəniz sahillərində görüntülənib.

Teleqraf.com xəbər verir ki, su altında irəliləyə bilən “Poseydon” adlı nüvə silahının böyük təhlükə olduğu açıqlanıb.

"Belqorod" adlı sualtı gəminin su altında da hərəkət edə bilən “Poseydon” adlı pilotsuz uçan aparatı daşıdığı da qeyd edilib.

İtaliya mətbuatında yer alan xəbərlərdə NATO-nun bu məsələ ilə bağlı xəbərdarlıq etdiyi bildirilib. “Poseydon” 1600 fut hündürlüyündə nüvə sunami yaratmağa qadir olan silah kimi tanınır.

"La Repubblica"nın məlumatına görə, rəsmilər Belqorodun Antarktida yaxınlığındakı mərkəzi bazadan itdiyini və “Poseydon”u sınamaq üçün hərəkət etdiyini iddia edib.


Müəllif: Nemət