4 Oktyabr 2022 11:03
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qvardiya bölmələrini Sibirdən, kontingentini isə Suriyadan Ukraynaya köçürməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Mövcud məlumatlara görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi rəhbərliyi Sibir Hərbi Dairəsinin inzibati sərhədlərində yerləşən Rusiya Qvardiyası bölmələrinin və Rusiya qoşunlarının Suriyadakı kontingentinin hərbi əməliyyatlar bölgəsinə köçürülməsi barədə qərar qəbul edib”, - mesajda deyilir.

Baş Qərargah qeyd edib ki, bu yaxınlarda yaradılaraq Ukrayna ərazisinə köçürülən 3-cü Ordu Korpusunun bölmələri qarşıya qoyulan vəzifələri səmərəli şəkildə yerinə yetirə bilmir:

“Köhnəlmiş və istifadəyə yararsız silah və hərbi texnika, şəxsi heyətin özbaşına mövqelərini tərk etməsi və döyüş tapşırıqlarını yerinə yetirməkdən imtina etməsi, spirtli içkilərin qəbulu, hərbi nizam-intizamın sistematik şəkildə pozulması qeyd olunan birləşməsinin bölmələrinin hərbi qulluqçularının ruhdan düşməsinin əsas səbəbləridir”.


Müəllif: Nemət

Oxşar xəbərlər