4 Oktyabr 2022 11:45
1 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ilə Yunanıstan müharibə edərsə, buna nəzarət etmək asan olmaz. Qarşıdurmalar bütün bölgəyə sirayət edə bilər. Türklər öz maraqlarına uyğun olanı edirlər".

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın keçmiş müdafiə naziri Evangelos Apostolakis Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi dəyərləndirib və mümkün müharibə ssenariləri ilə bağlı açıqlamalar verib.

Yunanıstanın Baş Qərargahının fəxri rəisi olan Apostolakis ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə türkiyəli həmkarı İbrahim Kalın arasında keçiriləcək görüşün vaxtına da diqqət çəkib.

“Əgər Sallivan onlara gərginliyin dayandırılmasının maraqlarına uyğun olacağını söyləsəydi, onlar dayanacaqdı. Razılaşma var. Çavuşoğlunun Liviyaya getdiyi bir vaxtda Sallivanın Türkiyəyə getməsini necə izah etmək olar?”, - sabiq nazir deyib.

Yunan ordusunun təsiri və hazırlığı ilə bağlı açıqlamalar verən Apostolakis bildirib ki, ordu yaxşıdır, amma bəzi problemlər olduğu üçün mükəmməl deyil: “Ordumuzun gücü və edə biləcəkləri çox ciddidir. Müharibədə kimin qalib gələcəyini proqnozlaşdırmaq asan deyil, lakin hər iki tərəf əziyyət çəkəcək”.

Apostolakis müharibə ssenarilərindən də danışıb. Türkiyə və Yunanıstanın üz-üzə gələcəyi təqdirdə müharibənin 3-4 gündən çox sürməyəcəyini deyib: “Hərbi qarşıdurma başlayarsa, müharibənin istiqamətinə nəzarət etmək asan olmayacaq və münaqişələr daha da genişlənə bilər. Qısa müddətdə bütün bölgədə yayıla bilər. Bu, nəzarət etməyə çalışdığınız, lakin bacarmadığınız yanğına bənzəyirdi”.


Müəllif: Nemət

Oxşar xəbərlər