Rusiya-Ukrayna müharibəsi davam edərkən, Avropa ölkələrinin rus oliqarxlarına qarşı sanksiyaları davam edir.
Teleqraf.com xəbər verir ki, İtaliyada 2 rus oliqarxının Portofinoda Qarda gölünün sahilindəki Sirmione və paytaxt Romadakı kurort zonalarına əl qoyduğu bildirilib.
İtaliyanın maliyyə polisi əmlakların müsadirə olunduğunu qeyd edib.
Xəbərdə Xudaynatovun Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa Birliyinin (Aİ) sanksiya siyahısına salındığı və sərvətinin təxminən 57 milyon avro olduğu bildirilib.
Qeyd edilir ki, ötən ilin mayında İtaliya polisi Xudainatova məxsus olduğu güman edilən və Rusiya prezidenti Vladimir Putinlə əlaqəsi olan 700 milyon dollar dəyərində lüks yaxtanı müsadirə edib.
Başqa bir əməliyyatda polisin Rusiyanın ESN Group şirkətinin sədri Qriqori Berezkinə məxsus Qarda gölünün sahilindəki Sirmionedə dəyəri 15 milyon avrodan çox olan əmlakı ələ keçirdiyi bildirilib.
Mart və aprel aylarında İtaliya rus oliqarxlarına məxsus dəyəri 900 milyon avrodan çox olan villa və yaxtaları müsadirə edib.
İtaliya polisinin rəsmi məlumatlarına görə, Rusiya oliqarxlarının İtaliyada ələ keçirilən aktivlərinin ümumi dəyəri indiyədək 1,7 milyard avronu keçib.