4 Oktyabr 2022 17:29
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Zelenski rusiyalı həmkarı Vladimir Putinlə hər hansı sülh danışıqlarının baş verməsini “mümkünsüz” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Rusiya sülh danışıqları üçün açıq qapı qoyan Zelenski yeganə şərtini də açıqlayıb.

“Putin ləyaqət və dürüstlüyün nə olduğunu bilmir. Əlbəttə Rusiya ilə dialoqa hazırıq, amma Rusiyanın başqa prezidenti ilə”, - Ukrayna lideri bildirib.

Beləliklə, Zelenski yalnız prezident dəyişikliyi olacağı təqdirdə Rusiya ilə danışıqların mümkün olacağını deyib.

Putin isə konstitusiya dəyişikliyi ilə 2036-cı ilə qədər hakimiyyətdə qala bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər