5 Oktyabr 2022 00:58
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məhkəməsi "Vivamedi" klinikasında növbəti dəfə təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, sabiq prezidentin dövlət sərhədini qanunsuz keçməsi işi üzrə məhkəməsi onun səhhətində problemlər olması əsas gətirilərək təxirə salınıb.

Sabiq Prezidentin vəkili Şota Tutberidze bildirib ki, M.Saakaşvilinin səhhəti o dərəcədə pisləşib ki, həkimlər diaqnoz qoymaqda çətinlik çəkiblər.

Qeyd edək ki, Saakaşvili həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar 12 may tarixindən Tiflisdəki "Vivamedi" klinikasında müalicə alır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər