5 Oktyabr 2022 12:45
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Astanadakı yeni səfirinin namizədliyi Qazaxıstan Xarici İşlər Nazirliyində nəzərdən keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov məlumat verib.

“Hazırda Ukrayna Xarici İşlər Nazirliyindən Astanaya yeni səfirin təyin edilməsi ilə bağlı sorğu daxil olub. Bu məsələdə Ukrayna tərəfi ilə tam qarşılıqlı anlaşmamız var”, - Smadiyarov bildirib.

Diplomat onu da deyib ki, rusiyalı həmkarı Mariya Zaxarovanın Ukraynanın Qazaxıstandakı hazırkı səfiri ilə bağlı tonu iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin xarakteri ilə ziddiyyət təşkil edir.

Onun sözlərinə görə, Qazaxıstan XİN Rusiyanın ölkədəki səfirini danışıqlara çağıracaq.

Smadiyarov bildirib ki, Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublevski bu vəzifəyə yeni diplomat təyin edildikdən sonra ölkəni tərk edəcək.

“Heç kim ona ölkəyə daxil olmağı qadağan etməyib və qadağan da etməyəcək. Sadəcə olaraq yeni səfir təyin olunanda ölkəni tərk edəcək”, - diplomat bildirib.

XİN rəsmisi vurğulayıb ki, Vrublevskinin sözləri ilə bağlı rəsmi Astananın prinsipial mövqeyi Ukrayna tərəfinin, eləcə də ictimaiyyətin diqqətinə çatdırılıb.

Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev dünən Rusiya XİN-ə çağırılıb və ona etiraz notası verilib.

Qeyd edək ki, Petro Vrublevski bundan əvvəl mümkün qədər çox rus öldürməyə çağırış edib. Ukraynalı diplomatın çağırışı Rusiyanın kəskin reaksiyasına səbəb olub. Bundan sonra açıqlama verən Zaxarova Qazaxıstanın səfiri “arzuolunmaz şəxs” elan edərək, ölkədən qovacağına söz verdiyini və bunu yerinə yetirmədiyini iddia edib. O, Astananı “xaraktersizlik”də suçlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər