5 Oktyabr 2022 13:03
2 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hücumlarının ilk günlərində dövlət kanalı ORT-də müharibə əleyhinə aksiya böyük əks-səda doğurmuşdu.

Teleqraf.com xəbər verir ki, kanalın redaktoru Marina Ovsyannikova xəbər proqramı zamanı “Müharibəyə yox” yazılmış pankartla canlı yayıma çıxmışdı.

Ovsyannikova bu əməlinə görə hakim qarşısına çıxarılmışdı. Etiraza reaksiya verməyən proqramın aparıcısı Yekaterina Andreyeva da baş verənlərdən öz payını almışdı.

Ötən günlərdə Andreyevanın Türkiyəyə qaçdığı iddia edilib. Məşhur aparıcı sosial şəbəkə hesabından Türkiyədə olduğunu təsdiqləyib.

Yekaterina “peyğəmbərlər şəhəri” adlandırdığı Şanlıurfa və İstanbul şəhərlərini gəzdikdən sonra Moskvaya dönəcəyini açıqlayıb.

“Peyğəmbərlər şəhəri Urfadan Moskvaya enerji gətirəcəyəm”, - rusiyalı jurnalist deyib.


Müəllif: Mənsur Rəğbətoğlu