5 Oktyabr 2022 22:26
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidləri bizi qorxutmaq cəhdidir”.

Teleqraf.com xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.

“Putin sadəcə nüvə silahından istifadə edəcəyini düşünməyimizi istəyir. Bu, Ukrayna və qlobal “şahmat taxtası”nda başqa bir nəzarət vasitəsidir. Bu, bizi qorxutmaq, tez bir zamanda təslim olmağımızı tələb etmək cəhdidir. Çünki Rusiyanın qələbə qazanmasının yeganə yolu müharibəni gücləndirmək və xüsusən də Avropa Birliyində geri addım atmayacağı təəssüratı yaratmaqdır”, - baş nazir bildirib.

Moravetski Mərkəzi Avropa ölkələrinin tarixi çox yaxşı bildiklərini və indi dünyaya meydan oxuyan Rusiyanın geri çəkiləcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu