5 Oktyabr 2022 20:46
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Stoltenberq “Twitter”də bildirib.

“Prezident Zelenski ilə danışdım və cəsarətli Ukrayna xalqını və ordusunu öz ərazilərini rus təcavüzkarlarından geri alması istiqamətində irəliləyişə görə təbrik etdim. Rusiya başladığı bu müharibəni dayandırmalıdır. NATO lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcək və bu dəstəyi gücləndirəcək”, Stoltenberq vurğulayıb.


Müəllif: Teleqraf.com