6 Oktyabr 2022 10:17
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Rusiyaya pilotsuz uçan aparatlar (PUA) satması səbəbindən Ukraynanın bəzi iranlı tələbələri ölkədən qovduğu iddia edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən “Entekhab” saytı məlumat yayıb.

Artıq Ukraynada təhsil alan bəzi iranlı tələbələrin bu səbəbdən deportasiya edildiyi bildirilib.

“Ukrayna bizi deportasiya etdi. Pasportlarımızdakı möhürlə bu ölkəyə girişimizə üç il qadağa qoyuldu. Səbəb kimi İranın Rusiyaya pilotsuz təyyarələr satmasını göstərdilər”, - tələbələrdən biri sayta deyib.

Xəbərdə tələbələrin pasportlarına vurulan möhürlə 3 il müddətinə bu ölkəyə girişlərinə qadağa qoyulduğu vurğulanıb.

İran hökuməti hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Ukraynada təhsil alan iranlı tələbələrin sayının 1424 nəfər olduğu bildirilir.

ABŞ Rusiyaya dron satması səbəbindən İrana yeni sanksiyalar tətbiq edib. Ukraynanın isə İran səfirini ölkədən qovduğu məlumatı yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər