Rusiya 1 milyon 600 mindən çox Ukrayna vətəndaşını ələ keçirdiyi Ukrayna ərazilərindən deportasiya edib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Biz bu müharibədə qalib gələcəyimizə və Ukraynanın müstəqilliyini qoruya biləcəyimizə şübhə etmirik. Cəbhədə gündəlik qələbələr, Ukraynanın onlarla işğaldan azad edilmiş şəhər və kəndləri bunu sübut edir”, - prezident deyib.
O vurğulayıb ki, indi Ukrayna üçün yalnız bir sual var: Rusiyanın məğlubiyyətini etiraf etməzdən əvvəl daha neçə Ukrayna vətəndaşını öldürməyə vaxtı olacaq:
“Rusiyanın nə vaxta qədər vaxtı olacaq ki, Ukraynadan işğalçıların sadəcə olaraq söküb Rusiyaya apardıqları taxıl, resurslar, sənaye müəssisələrini, eləcə də insanları oğurlasınlar. İnsanları da oğurlayırlar. Artıq bir milyon altı yüz mindən çox ukraynalı Rusiya ərazilərinə deportasiya edilib. Onlar Rusiyanın ucqar rayonlarına səpələniblər. Onların bir çoxunun sənədləri əlindən alınıb, bir çoxu dəhşətli filtrasiya düşərgələrindən keçib, orada ələ salınıb, hədə-qorxu gəlinib.
Bütün ukraynalıları tez bir zamanda ruslardan xilas etmək, Ukrayna torpaqlarının azad edilməsi üçün hər şey edilir. Rusiyanın yaratdığı ukraynalı qurbanların uzun siyahısına son qoymaq üçün hər şeyi edirik. Xalqımız üçün sülhü sürətləndirmək üçün dəstəyə ehtiyacımız var”.