6 Oktyabr 2022 11:58
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın siyasi təşkilatları Prezident Kasım-Jomart Tokayevin qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək üçün onu dəstəkləyən xalq koalisiyası yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın hakim “Amanat” partiyasının sədri Yerlan Koşanov məlumat verib.

“Hamımız Tokayevin ətrafında birləşməli, birgə çalışmalıyıq. Digər partiyalar, siyasi birliklər də var, onlar da Tokayevin namizədliyini irəli sürürlər, ona görə də biz onlarla birləşib, Tokayevi dəstəkləyən xalq koalisiyası yaratmağa razılaşdıq”, - Koşanov “Amanat”ın növbədənkənar qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu gün prezidentin iştirakı ilə geniş forum keçiriləcək: “Hamımız orada iştirak edəcəyik”.

Bundan əvvəl “Amanat” və Qazaxıstan Xalq partiyaları noyabrın 20-də keçiriləcək növbədənkənar seçkilərdə Tokayevin prezidentliyə namizədliyini irəli sürmüşdü.

Bundan əvvəl Tokayev bildirib ki, seçkiyə konkret hansısa təşkilatdan deyil, ölkədə aparılan islahatların sosial əsasını təşkil edən ictimai-siyasi qüvvələrin geniş koalisiyasından getməsi düzgün olardı. Onun sözlərinə görə, bu, həm də prezidentin müxtəlif partiya və birliklərdən bərabər məsafədə olması prinsipini müəyyən etməyə imkan verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu