6 Oktyabr 2022 14:32
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Liviya arasında karbohidrogenlər sahəsində anlaşma memorandumunun imzalanması Yunanıstanı hərəkətə keçirib.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis parlamentdəki çıxışında lazım gələrsə, hərbi gücə əl atmağa hazır olduqlarını bildirib.

Yunanıstanın yüksək səviyyəli rəsmilərinin razılaşmanı ləğv etmək üçün Yaxın Şərq ölkələrinə eniş etməyə hazırlaşdıqları qeyd olunub.

Mitsotakis parlamentdəki çıxışı zamanı Liviya ilə imzalanan razılaşmanı sərt şəkildə tənqid edərək “Türkiyənin sağlam düşüncəyə qayıtması” çağırışı edib:

Türkiyən Yunan torpaqlarında haqq iddia edir. Lazım gələrsə, ordu gücü ilə də torpaqları müdafiə etməyə hazırıq, müttəfiq ölkələrə də diplomatik əməkdaşlıq üçün müraciət edəcəyik".

Bu arada Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Türkiyə-Liviya razılaşmasına qarşı çıxıb və “Yunanıstana qarşı bu razılaşmanın heç bir hüquqi müddəası yoxdur” deyib.

Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe isə bəyan edib ki, bəzi ölkələrin Türkiyə ilə imzalanan anlaşma memorandumuna qarşı çıxması onu maraqlandırmır.


Müəllif: Nemət

Oxşar xəbərlər