6 Oktyabr 2022 15:28
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Rusiyaya qarşı əks-hücumu aramsız davam edərkən, dünya Prezident Vladimir Putinin yeni addımını gözləyir.

Teleqraf.com xəbər verir ki, Ukraynanın qarşı tərəfin taktiki nüvə silahlarından istifadə edə biləcəyi iddiaları hər gün daha yüksək səslə dilə gətirilərkən, bu iddiaların mərkəzində Rusiyanın ən müasir nüvə sualtı gəmisi “Belqorod” dayanır.

Ötən həftə NATO-dan İtaliya mediasına sızan məlumata görə, “Belqorod” Arktika Hərbi Dairəsində yerləşdiyi bazadan yoxa çıxıb. Günlərdir yeri ehtimal edilən sualtı gəminin peyk görüntüləri yayılıb.

“Qiyamət silahı” adlandırılan sualtı gəmi Barents dənizində görüntülənib. NATO-nun xəbərdarlıq mesajına görə, gəmi “Poseydon” nüvə bombasını sınaqdan keçirmək üçün hələlik məlum olmayan istiqamətə doğru üzür.

Bəzi hərbi ekspertlər iddia edirlər ki, belə bir addım Putinin müharibənin gedişatını dəyişmək üçün son çarəsi ola bilər.

Təxminən 185 metr uzunluğunda olan sualtı gəmi nüvə başlıqlı sualtı dron torpedalarına ev sahibliyi edir. “Poseydon” 500 metrə yaxın nüvə sunamisini tətikləmək üçün nəzərdə tutulmuş “Apokaliptik silah” adlandırılır. 15 min tonluq döyüş maşınının torpedalarının sahil zolağında sunami effekti yarada biləcəyi bildirilir.

Sualtı gəminin hər biri iki milyon ton trotil ekvivalentinə bərabər olan altı nüvə silahlı torpedası ilə təchiz olunduğu güman edilir. Başqa sözlə, sualtı gəmidə İkinci Dünya Müharibəsi zamanı Xirosimaya atılan atom bombasından 130 dəfə çox ölümcül silahlar var.


Müəllif: Mənsur Rəğbətoğlu