7 Oktyabr 11:09
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 24 saat ərzində Ukrayna qoşunları 100-dən çox rus əsgərini, döyüş sursatı olan üç anbarı və xüsusən çoxlu haubitsaları məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığının mətbuat katibi Vladislav Nəzərov məlumat verib.

“Aviasiyamız 7 zərbə endirib, o cümlədən rus ordusunun istehkamlarına, qüvvə və vasitələrinin Berislavski rayonunda cəmləşdiyi ərazilərə, düşmənin HHM qüvvələrinə raket və artilleriya bölmələri 347 atəş tapşırığı həyata keçirib”,- qeyd etdi.

Nəzərovun sözlərinə görə, rus ordusunun təsdiqlənmiş itkiləri bunlardır: 105 hərbçi, 8 tank, 18 iriçaplı “Msta-S” və “Msta-B” haubitsaları, “Pion” özüyeriyən top, 152 çaplı haubitsa, 4 minaatan, 15 zirehli texnika, Baştan və Berislav rayonlarında döyüş sursatı olan 3 anbar.

Komandanlığın sözçüsü onu da vurğulayıb ki, rus ordusunun daha 6 texnikası, o cümlədən tanklar, zirehli döyüş maşını, haubitsa və radioelektron döyüş stansiyası zədələnib.


Müəllif: Nemət