7 Oktyabr 12:12
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinin açıqlamaları göstərir ki, dünya Kuba raket böhranından sonra ən böyük təhlükə ilə üz-üzədir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

“Putin taktiki nüvə, bioloji və ya kimyəvi silahlardan istifadə edə biləcəyini deməklə zarafat eləmir, çünki ordusunun performansı ciddi şəkildə aşağı qiymətləndirilib”, - Bayden bildirib.

Prezident əlavə edib ki, Kuba raket böhranından sonra ilk dəfə nüvə silahından birbaşa istifadə təhlükəsi ilə üzləşmişik: “Kennedidən və Kuba raket böhranından sonra qiyamət ehtimalı ilə qarşı-qarşıyayıq”.

Məlumat üçün xatırladaq ki, Putin ötən ay ölkədə qismən səfərbərlik elan edib. O deyib: “Əgər ərazi bütövlüyümüz təhlükə altına düşərsə, Rusiya bütün imkanlardan istifadə edəcək, bu, blef deyil”.


Müəllif: Nemət