7 Oktyabr 2022 12:45
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin müdafiə naziri Benni Qantz Livanla sərhəd böhranı səbəbindən orduya istənilən ssenariyə hazır olmaq əmri verib.

Teleqraf.com xəbər verir ki, İsrail-Livan dəniz sərhədinin demarkasiyası üzrə ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarla bağlı böhran narahatlıqlara səbəb olub.

İsrail baş naziri Yair Lapid dünən Livanın müqavilə layihəsində dəyişiklik edilməsi tələblərini rədd edib. Müdafiə naziri Benni Qantz bəyan edib ki, Hizbullah suverenliyimizə zərər vermək istəsə, Livanın ödəyəcəyi hərbi bədəl ağır olacaq.

İsrail və Livan arasında təxminən 860 kvadrat kilometrlik dəniz mübahisəsi var. Hər iki ölkə bu regionun kontinental şelfinə iddia edir.

Yerli medianın xəbərinə görə, İsrail Nazirlər Kabineti Livanla dəniz sərhədi mübahisəsinə dair üç saatlıq iclas keçirib.

İclasda İsrailin xarici kəşfiyyat xidməti Mossad, daxili kəşfiyyat xidməti Şin-Bet rəhbərləri, eləcə də digər təhlükəsizlik təmsilçiləri iştirak ediblər.


Müəllif: Nemət

Oxşar xəbərlər