7 Oktyabr 2022 17:48
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Praqa görüşünün əhəmiyyəti odur ki, tərəflər sülh müqaviləsini tezləşdirmək üçün razılaşıblar. Bu istiqamətdə işləri də intensiv şəkildə aparmağa hazırdırlar. Xarici İşlər Nazirliklərinin rəhbərləri vaxt itirmədən görüşməlidirlər. Sonra diplomatlardan ibarət işçi qrupu oturub işləməlidir. Büütün bunlar vacibdir. Belə sürətli proses gedərsə və Ermənistan normal addımlar atarsa, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Əsas odur ki, Praqa görüşünün nəticəsi kimi elan olundu ki, BMT nizamnaməsi və Alma-Ata deklorasiyası əsasında tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bu o deməkdir ki, Qarabağ Azərbaycanın ərazisidir və bunun heç kimə aidiyyəti yoxdur”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov dünən Praqada baş tutan Azərbaycan, Fransa, Avropa İttifaqı və Ermənistan rəhbərlərinin görüşündə əldə olunan razılaşmanı şərh edərkən bildirib.

Rasim Musabəyov deyib ki, indi əsas odur ki, proses pozulmasın, Ermənistan ənənəvi siyasətindən əl çəkərək razılaşmanı irəli aparmaq üçün ondan asılı olan addımları atsın.

Onun sözlərinə görə, bütün hallarda Azərbaycan üstün tərəfdir: “Əgər proses pozulacaqsa, Dəmir Yumruq da yerində olacaq”.

Deputat qeyd edib ki, əslində Praqa müzakirələrində Ermənistan baş naziri Nikol Paşinyan olduqca məyus görünürdü:

"Bu təsadüfi hal deyildi. Halbuki Azərbaycan və Türkiyə prezidentlərinin əhvalı yerində idi. Bunun da mahiyyəti onunla bağlıdır ki, Praqa görüşü əslində Azərbaycan və Ermənistan üçün təşkil edilmirdi. Əksinə, tədbir Avropa Birliyinin təşəbbüsü ilə baş tutmuşdu, Ukrayna-Rusiya böhranı və Avropada enerji krizi əsas mövzu idi. Bu məsələlərdə isə Ermənistanın heç bir əhəmiyyəti və rolu yoxdur. Amma Azərbaycan və Türkiyənin var. Ona görə də Praqa görüşündə Azərbaycan və Türkiyə güclü, Ermənistan isə zəif mövqedə dayanırdı”.


Müəllif: Nemət

Oxşar xəbərlər