7 Oktyabr 2022 18:36
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyada şam yeməyi zamanı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə mübahisə yaşanması ilə bağlı xəbərə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri yunanıstanlı nazirlə belə bir halın yaşandığı barədə iddiaları təsdiqləyib:

“O, protokol qaydalarını bilməyən adamdır. Onun çıxışı proqramda olmayıb. Mən əsas çıxış edənlərdən biri idim, çıxışımı etdim, yerimə keçdim. O da kimdən icazə aldı, bilmirəm, yerindən qalxıb mənə cavab verməyə çalışdı. Ona cavab verməliydim? Məgər Türkiyə Cümhuriyyətinin prezidenti belə səviyyəyə düşər?”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər