Fransa prezidenti Emmanuel Makron Ukraynaya avropalı istehsalçılardan birbaşa silah ala biləcək 100 milyon avroluq fond yaratmağı planlaşdırdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Makron Aİ liderlərinin Praqada keçirilən qeyri-rəsmi sammitindən sonra jurnalistlərə açıqlamasında bildirib.
"Biz Ukraynaya, lazım gələrsə, hərbi əməliyyatlar aparmaq üçün lazım olan sənayemizdən avadanlıq almağa imkan verəcək xüsusi fond yaratmağa qərar verdik", - Makron bildirib.