8 Oktyabr 2022 10:02
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Xarkovun Saltovski rayonuna dörd raket zərbəsi endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarkovun rəhbəri Oleq Snequbov məlumat verib.

“Gecə yarısından sonra ruslar Xarkov şəhərinin Saltovski rayonuna 4 raket atıblar. 1 raket Osnovyanski rayonuna düşüb”, - Sinequbov bildirib.

Onun məlumatına görə, ruslar S-300 raketlərini Belqoroddan atıblar:

“İdman kompleksi, qeyri-yaşayış sahələri zədələnib, bir nəfər qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib. Ərazidə hüquq-mühafizə orqanları və bütün ixtisaslaşmış xidmətlər hərəkətə keçib".


Müəllif: Nemət

Oxşar xəbərlər