Belarusun Rusiya istehsalı olan S-400 və İsgəndər raketlərinin yaxın vaxtlarda alınacağını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Belarus ordusu “İsgəndər-M” qısa mənzilli raket kompleksləri və S-400 təchiz edə biləcək.
Mövzu ilə bağlı Belarusun rəsmi mənbələrindən diqqətçəkən açıqlama gəlib.
Belarus Müdafiə Nazirliyinin rəsmi Teleqram hesabından verilən məlumatda ordu inventarına yeni silahların əlavə ediləcəyi bildirilib. Digər tərəfdən, ölkə mətbuatında yer alan səfərbərlik xəbərləri ilə bağlı prezident Aleksandr Lukaşenkonun Belarusda səfərbərlik elan etməyə ehtiyac olmadığını dediyi barədə məlumatlar yayılıb.
Belarusun müdafiə naziri Vktor Khrenn bildirib ki, “İsgəndər” qısa mənzilli ballistik raket kompleksləri və S-400 raket hava hücumundan müdafiə sistemləri tezliklə Belarus ordusuna veriləcək.
Bundan əlavə, nazirlik oktyabr ayında Belarusa pilotsuz döyüş sistemlərinin gətiriləcəyini bəyan edib.