Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qadağa qoyulub.
Teleqraf.com bildirir ki, bu haqda Məmmədliin özü bildirib. Qeyd edib ki, Gürcüstanın siyasi hakimiyyəti qeyri sağlam mövqe sərgiləyərək 19 oktyabrdan cəmiyyətin sədrinin Gürcüstana girişinə yasaq qoyub:
“Bundan əvvəl isə müavinim Salman Murğuzov bu aqibəti yaşayıb. Sizi, barış və sülh, dostluq və qardaşlıq, birlik və bərabərlik carçısı olan “Borçalı” İctimai Cəmiyyətinə qarşı Gürcüstanın təhlükəsizlik orqanları və buna dəstək verən siyasi hakimiyyət qolunun bu anormal qərarına həsr olunmuş mətbuat konfransına dəvət edirik. Mətbuat konfransı 12 dekabrda keçiriləcək”.
Nemət