"Türkiyənin qışda enerji problemi olmayacaq".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda gənclərlə görüşündə deyib.
Türkiyə lideri qeyd edib ki, artıq ölkədə qış mövsümünə hazırlıq görülür.
"Avropada indi hamı çətin vəziyyətdədir. Biz qışa hazırlığı artıq başa vurmuşuq, ona tam hazırıq, enerji daşıyıcıları ilə bağlı problem yaşamayacağıq. Əhalini təbii qaz və kömürlə təmin etməyə hazırıq", - Ərdoğan qeyd edib.
Bundan əvvəl Türkiyənin energetika naziri Fatih Dönməz sentyabrın 30-da bildirib ki, ölkənin bütün qaz anbarları 100% doludur və yerli hakimiyyət orqanları vəziyyətin daha da pisləşəcəyini gözləmir, çünki Ankara əsas tədarükçüsü olan Rusiyadan təbii qaz təchizatında problem yaşamır.