10 Oktyabr 2022 00:40
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzair və Fransa prezidentləri Əbdülməcid Tebbun və Emmanuel Makron arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, liderlər ikitərəfli münasibətlərin vəziyyətini müzakirə edib.

“Onlar ikitərəfli əlaqələri nəzərdən keçirib, bu əlaqələrin müsbət inkişafından və səviyyəsindən məmnunluq ifadə ediblər”, - deyə administrasiyadan bildirilib.

Xatırladaq ki, Fransanın baş naziri Elizabet Bornun rəhbərlik etdiyi nümayəndə heyəti Əlcəzairə səfər edib.

Hava limanında onu Əlcəzairin baş naziri Ayman Benabderrahman, xarici işlər naziri Ramtan Lamamra və digər hökumət üzvləri qarşılayıblar.

Born Əlcəzair-Fransa yüksək səviyyəli hökumətlərarası komissiyasının beşinci iclasında iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər