10 Oktyabr 2022 10:14
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım körpüsündə baş verən partlayış Ukraynada müharibə aparan qüvvələrin uğursuzluğudur.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.

Analitiklərin fikrincə, hərbi müxbirlər Putin və Kremli mühüm hadisəyə reaksiya verə bilmədikləri üçün tənqid ediblər. Onlar qeyd edirlər ki, hökumət məxfiliyə arxalananda prezidentin ətrafında toplaşmaq çətindir.

Digər tənqidçilər Putinin müharibədəki bir sıra uğursuzluqlara, xüsusən də “Moskva” kreyserinin batmasına daim məhəl qoymamasından qəzəblənirlər.

Eyni zamanda, hərbi əməliyyatların davam etməsi tərəfdarları Kerç boğazı üzərindən körpüdə baş verən partlayışa görə qisas alınmasını tələb edirlər, əks halda Putinin susması zəiflik kimi qəbul olunacaq.

Onlar həmçinin Krım körpüsünə hücumun qırmızı xətt olacağını bəyan edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin susqunluğunu tənqid edirlər.

Ekspertlər yazır ki, hərbyönlü düşərgənin tənqidi Putinin Ukraynanın “denazifikasiyası” kimi vəd etdiyi məqsədi yerinə yetirmək qabiliyyətinə dair artan şübhələrə işarə edə bilər və onun əsas elektoratı arasında cəlbediciliyinə xələl gətirə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər