Raket hücumuna məruz qalan Kiyevdə son durum açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatlara görə, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub, 30-ayaxın insan yaralanıb.
***
10:02
Bu gün Kiyev yenidən Rusiya hücumuna məruz qalıb. Hava xəbərdarlığından sonra şəhərdə bir neçə partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, hava zərbəsi təhlükəsi səhər saat 6:47-də elan edilib və səhər saat 8-dən sonra Kiyevdə 3-4 partlayış baş verib.
Hücumla bağlı məlumatı şəhərin meri Vitali Kliçko da təsdiqləyib.
Partlayışlar Şevçenkov rayonunda qeydə alınıb.
“Şevçenkov rayonunda - paytaxtın mərkəzində bir neçə partlayış baş verib. Bütün xidmətlər yerindədir”", - mer deyib.
Kliçko detalları daha sonra açıqlayacağını da vurğulayıb.
“Raketlərdən biri Vladimirskaya küçəsindəki Hruşevski abidəsi ərazisinə düşüb. Xilasedicilər işləyir”, - Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko öz Teleqram kanalında yazıb.