Milli Məclisin deputatı Ramin Məmmədov Parlamentlərarası İttifaqın 145-ci Assambleyasında iştirak etmək üçün bu gwn Ruanda Respublikasının paytaxtı Kiqali şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, assambleya çərçivəsində keçiriləcək tədbirlərdə gender bərabərliyi, onun parlament aspektləri və bu sahədə parlament fəaliyyətləri, həmçinin miqrasiya dərəcəsi yüksək olan ölkələrin yerli və regional inkişafında, insan alveri və insan hüquqları pozuntusuna qarşı mübarizədə parlamentlərin rolu kimi mövzularda müzakirələr aparılacaq.
Assambleyanın sonunda müzakirə olunacaq məsələlərlə bağlı yekun sənədin qəbul edilməsi gözlənilir.
Səfər oktyabrın 15-də başa çatacaq.