10 Oktyabr 2022 14:23
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində sonuncu, iqtisadi elmlər üzrə mükafatın laureatları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, mükafatı bu il amerikalı iqtisadçılar Ben Bernanke, Duqlas Daymond və Filip Dibviq əldə edib.

Onlar bank sisteminin iqtisadiyyatda, xüsusilə maliyyə böhranları dövründə rolu sahəsində tədqiqatlara görə mükafata layiq görülüb.

Xatırladaq ki, bu həftə isveçli genetik Svante Peebo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer, avstriyalı fizik Anton Tsaylinger fizika, amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal kimya, fransalı yazıçı Anni Erno ədəbiyyat, belaruslu hüquq müdafiəçisi Ales Byalyatski, Rusiyanın "Memorial" insan hüquqları təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi sülh mükafatını qazanıblar.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər