10 Oktyabr 2022 16:49
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın bombalanması oktyabr ayının ilk günlərdən planlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi (GUR) məlumat yayıb.

Ukraynanın hərbi kəşfiyyatının məlumatına görə, Rusiya qoşunları oktyabrın 2-də və 3-də Ukraynanın mülki infrastrukturuna kütləvi raket zərbələri endirmək üçün Kremldən göstəriş alıb:

"Strateji və uzaqmənzilli aviasiyanın yerləşdiyi hərbi hissələrə tapşırıqlar verilib. Hədəf kimi Ukraynada əhalinin sıx məskunlaşdığı şəhərlər seçilib".

Buna uyğun olaraq oktyabrın 8-də Kh-101 qanadlı raketləri ilə təchiz edilmiş yeddi Tu-160 strateji bombardmançı Engels aerodromundan Olenya aerodromuna köçürülüb. Sevastopolun sərhədinə qırx kalibr raketi ilə 6 qanadlı raket daşıyıcısı yerləşdirilib.

Rusiyanın əsas məqsədi İES-i dağıtmaq, ukraynalılar arasında panika yaratmaq və Avropa ictimaiyyətini qorxutmaqdır.


Müəllif: Nemət

Oxşar xəbərlər