Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Belarusu tərk etməyi və bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, müvafiq məlumat bazar ertəsi departamentin rəsmi saytında yayılıb.
“Gərginliyin artması, regiondakı hərbi hadisələr və Polşa vətəndaşlarının təkrar həbs halları ilə əlaqədar XİN Polşa vətəndaşlarına Belarus Respublikasına getməməyi tövsiyə edir”, - məlumatda deyilir.
Nazirlikdən qeyd olunub ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz vəziyyətlər zamanı evakuasiya xeyli çətinləşə və ya hətta qeyri-mümkün ola bilər.
“Biz Belarus Respublikasının ərazisində qalan Polşa vətəndaşlarına mövcud kommersiya və şəxsi nəqliyyat vasitələri ilə ölkə ərazisini tərk etməyi tövsiyə edirik”, - bəyanatda vurğulanır.