10 Oktyabr 2022 23:02
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna tərəfi uzun müddətdir ki, Krım körpüsündə partlayış planlaşdırırdı. Biz bunu gözləyirdik.

Teleqraf.com "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Krımın rəhbəri Sergey Aksyonov "Solovyov Live" kanalının efirində bildirib.

“Onlar bu hücumu çoxdan planlaşdırırdılar. Hər şey aydındır”, - o bildirib.

Aksyonov əlavə edib ki, partlayışa sevinənlər bunu "boşuna" ediblər, çünki Rusiyanın bərpa etmək üçün hər şeyi var və hökumət bunun üçün səylərini əsirgəməyib, prezident şəxsən bu məsələ ilə bağlı bütün göstərişləri verib.

Daha əvvəl Krımın rəhbəri Aksyonov bildirmişdi ki, körpüdə yük daşımaları oktyabrın 16-dək bərpa oluna bilər.

Rusiya baş nazirinin müavini Marat Xusnullin bildirib ki, hazırda Krım körpüsünün dəmir yolu xəttinə baxış keçirilir və obyektin dayaqlarına dəyən ziyan həftənin sonunda təmir olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər