Şotlandiyada müstəqillik referendumu 2023-cü il oktyabrın 19-da keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Şotlandiya Milli Partiyasının rəhbəri Nikola Sturgeon bildirib.
Ətraflı
“Əgər Ali Məhkəmə buna qərar verərsə, gələn il oktyabrın 19-da müstəqillik referendumu keçiriləcək”, - Sturgeon partiyanın qurultayında bildirib.
Partiya sədri hesab edir ki, Şotlandiyada əhalinin yarıdan çoxu müstəqillik tərəfdardır.
Qeyd edək ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı ilk referendum 2014-cü ildə keçirilib. Əhalinin 55,3%-i müstəqilliyin əleyhinə səs verib.