11 Oktyabr 2022 11:44
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Prezidenti Vladimir Zelenskini dəstəkləyən ölkələr terroru himayə edir və Kiyev rejimi terrorçuya çevrilib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Kiyev rejimi terrorçuya çevrildi. Zelenski rejimini dəstəkləyən Qərb siyasətçiləri terrora sponsorluq edirlər. Bununla bağlı bütün dünyada məlum olan bir qaydanı xatırlatmaq istərdim: terrorçularla danışıqlar aparılmır”, - spiker qeyd edib.

O, həmçinin hesab edir ki, Zelenski hücumlara göstəriş verməklə, özünü Usamə bin Laden və digər beynəlxalq terrorçularla bir sıraya qoymuş oldu.

“Zelenskinin davranışları onun nasist siyasətinin girovu olan Ukrayna xalqının əzab çəkməsinə səbəb olur”, - Volodin əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər