11 Oktyabr 2022 16:51
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada sülh yalnız Rusiya ilə ABŞ arasında aparılan danışıqlar əsasında mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Sülh Rusiya ilə Ukrayna arasında deyil, ABŞ və Rusiya arasında əldə edilməlidir. Bu müharibənin Rusiya-Ukrayna danışıqları ilə bitəcəyini düşünən adam bu dünyada yaşamır. Reallıq başqa cürdür”, - baş nazir vurğulayıb.

Eyni zamanda o, qeyd edib ki, Ukrayna ABŞ-dan hərbi dəstək aldığı üçün özünü müdafiə edə bilir: “Ona görə də amerikalılar ruslarla razılığa gəlməlidirlər. Bundan sonra müharibə bitəcək”.

Bununla yanaşı, Macarıstan baş naziri hesab edir ki, ABŞ Prezidenti Co Bayden Amerika tərəfindən danışıqları aparmaq üçün münasib şəxs deyil: “ABŞ prezidenti həddini aşıb”.

Orban Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı dediklərini xatırladıb: “Dediklərim bir az qəribə səslənəcək, amma ümid Donald Trampadır”.

Bundan əlavə, o, Almaniyanın keçmiş kansleri Angela Merkelin Ukraynadakı müharibənin qarşısını ala biləcəyini iddia edib. Orban Merkelin 2014-cü ildə müharibənin qarşısını aldığını söyləyib.

“Merkelin Krım böhranı zamanı etdikləri şedevr idi”, - baş nazir qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər