Berlin İnzibati Məhkəməsi Rusiyanın Almaniyadakı səfirliyi qarşısında Ukraynada döyüş əməliyyatları zamanı ələ keçirilmiş rus hərbi texnikasının nümayişinə icazə verib.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl Berlin muzeylərindən biri Rusiyanın Almaniyadakı səfirliyi qarşısında Ukraynada vurulmuş hərbi texnikanı sərgiləməyi planlaşdırıb. Lakin yerli hakimiyyət bu təşəbbüsü rədd edib.
Məhkəmə öz qərarını ifadə azadlığı ilə izah edib.