9 Dekabr 2014 16:31
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Anadolu Agentliyi və Yunis Əmrə İnstitutu , AzərTAc-la birgə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi təşkil edəcək.

Teleqraf.com-un xəbərinə görə, Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçiriləcək “Anadolu Agentliyi və AzerTAc Obyektivindən Heydər Əliyev” adlı sərgidə, ümummilli liderin şəxsi həyatından, iştirak etdiyi beynəlxalq toplantılardan və dünya liderləriylə görüşlərindən foto kadrlar yer alacaq.

Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan tədbirdə, Heydər Əlievin Türkiyəyə səfərləri ve Türk siyasətçilərlə görüşlərinə aid seçmə fotolar da sərgilənəcək.
Sərginin açılışı, 11 dekabr 2014 tarixində Muzey Mərkəzində olacaq.

Açılışda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı Səfiri Alper Coşqun, Anadolu Agentliyi Müdir Vəkili Əbubəkir Şahin, AzərTAcın direktoru Aslan Aslanov, TRT-nin Müdiri Şenol Göka və digər rəsmilər iştirak edəcək.

Sərgi 13 Dekabra qədər açıq olacaq.


Müəllif:

Oxşar xəbərlər