12 Oktyabr 2022 10:20
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində rus ordusu Ukraynaya 29 raket atıb, onlardan 20-si havada zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz "Facebook" səhifəsində məlumat yayıb.

“Son sutka ərzində ruslar bir ballistik və iyirmi səkkiz qanadlı raket buraxıb, onlardan iyirmisi Ukraynanın hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub. Rus ordusu 13 hava hücumu edib və reaktiv yaylım sistemlərindən qırxdan çox mərmi atıb. Obyektlər və mülki şəxslər hədəfə alınıb. Bu cinayət əməllərindən qırxdan çox yaşayış məntəqəsi zərər çəkib. Bunların arasında Lvov, Popovka, Çuqunovka, Ladıjin, Krivoy Roq, Zaporojye, Pavloqrad və Nikopol var”, - məlumatda deyilir.

Baş Qərargah həmçinin bildirib ki, rus ordusu Odessa və Nikolayev vilayətlərində kritik infrastruktur obyektlərinə zərbələr endirmək üçün İrana məxsus on dörd kamikadze pilotsuz uçan aparatından istifadə edib və bu PUA-lardan on ikisi məhv edilib.

Həmçinin qeyd edilir ki, Ukraynanın bütün ərazisinə hava və raket hücumları təhlükəsi qalmaqdadır.


Müəllif: Nemət

Oxşar xəbərlər