Belarusun müdafiə-sənaye kompleksi Ukraynada hərbi əməliyyatlar zamanı zədələnmiş Rusiya texnikasının təmiri ilə məşğuldur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bidirib.
“Lukaşenko Belarus Respublikasının Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına yardım etməyə hazır olduğunu bəyan edir. Belarusun müdafiə-sənaye kompleksi artıq döyüş əməliyyatları zamanı zədələnmiş Rusiya texnikasının təmiri ilə məşğuldur. Bundan başqa, ilk partiya 7-72 tankları anbardan çıxarılaraq T-72 Belqorod vilayətinə göndərilib”, - məlumatda deyilir.