12 Oktyabr 2022 12:48
2 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalındakı Əl Bab şəhərində artan təhlükəsizlik böhranına etiraz edən yerli əhali Türkiyəni təhlükəsizlik tədbirlərini artırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Suriyada Türkiyənin dəstəklədiyi müxalifətin nəzarətində olan Hələbin şərqində yerləşən Əl Bab şəhərində yenidən nümayişlər başlayıb.

İngiltərədə çıxan “Asharq Al-Awsat” qəzetinin xəbərinə görə, suriyalılar şəhərdə təhlükəsizlik vəziyyətinin getdikcə pisləşdiyini, demək olar ki, hər gün sui-qəsd və hücumların həyata keçirildiyini bəyan edərək, Türkiyə və müxalifəti nəzarətə götürməyə və bölgədə təhlükəsizlik tədbirlərini artırmağa çağırıb.

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə, ötən gün Əl Babda küçələrə çıxan nümayişçilər təhlükəsizlik qüvvələrinin şəhərdəki mülki əhalini qoruya bilmədiklərinə görə Türkiyəyə səslənib. Əhali regionda xaos ab-havasının getdikcə artdığını, həftəsonu şəhərdə artan qətllərdən şikayət edib.

Türkiyənin dəstəklədiyi müxalifətin nəzarəti altında olan bölgədə rəqib silahlı qruplar arasında toqquşmaların sürətlə artması diqqət çəkir. Silahlı hücumlarla yanaşı oğurluq və soyğunçuluq hallarının da artdığına diqqət çəkən bölgə mənbələri Əl Bab və ətraf şəhərlərdə ciddi təhlükəsizlik böhranının yaşandığını qeyd ediblər.


Müəllif: Nemət

Oxşar xəbərlər