Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur, partlayıcı maddələr Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə çatdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
“FSB-nin İstintaq Komitəsi müəyyən edib ki, Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub”, - məlumatda deyilir.
FSB hücumun hazırlanmasında iştirak edən 8 nəfəri saxlayıb.
“Hazırda cinayət işi çərçivəsində cinayətin hazırlanmasında iştirak edən beş Rusiya, üç Ukrayna və bir Ermənistan vətəndaşı saxlanılıb”, - FSB bildirir.
Qeyd edilir ki, ümumilikdə, hazırda “terror aktı”nın hazırlanmasında ən azı 12 nəfər müəyyən edilib.
Saxlanılanlar Ukrayna vətəndaşları Tsyurkalo Vladimiroviç, Kovaç Oleqoviç və Solomko İvanoviç, Gürcüstan vətəndaşları İnosaridze Sandro və Levan, eləcə də Ermənistan vətəndaşı Artur Terçanyandır.