Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələri irəliləyir, rus ordusu sürətlə müdafiə sistemi qurur.
Teleqraf.com xəbər verir ki, bu barədə Luqanskin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
Onun sözlərinə görə, rus hərbçilərinin bir qismi gecələmək üçün şəxsi evlərdə gizlənir, ya da təslim olub Rusiyada evlərinə gedirlər.
“Qoşunlarımız irəliləyir və rus qoşunları çoxlaylı müdafiə xəttini çox sürətlə qurmağa çalışır. Onlar müxtəlif şəhərlərdə strukturlar tikir, cəbhə xəttinin bütün birinci hissəsini aktiv şəkildə minalayırlar. Bu, təkcə yollara aid deyil , həm də idarə və infrastrukturlarla bağlıdır”,- Qayday bildirib.
O, əlavə edib ki, Luqanska gələn səfərbər edilmiş rusların müəyyən qədər döyüş təcrübəsi var. Belə bir kateqoriya ön cəbhəyə atılır.